...

Şahin Mustafayev İrana gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2016 18:05 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti İrana gedir.
Şahin Mustafayev İrana gedir

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti İrana gedir.

Mayın 25-də iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq.

Həmçinin Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti