...

Sahibkar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 18:15 (UTC +04:00)
İyunun 17-18-də Bakı Biznes Tədris Mərkəzində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib.
Sahibkar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 17-18-də Bakı Biznes Tədris Mərkəzində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkar və gənc menecerlər üçün beynəlxalq seminar keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə nazirliyin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2015-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursları keçmiş 35-dən çox sahibkar və gənc menecerlər iştirak ediblər.

Seminarda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, ASK-nın şöbə müdiri Elnur Ələkbərov, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kristina Siebka, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Kristina Məmmədova, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şults, eləcə də Almaniyanın tədris mərkəzlərinin nümayəndələri “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Qeyd edilib ki, proqramın icra olunduğu 7 il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 277 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərindəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, Almaniya şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.

Tədbirdə, həmçinin ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış edib, proqram çərçivəsində əldə etdikləri uğurlu nəticələr, Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat veriblər.

Bundan əlavə, seminar çərçivəsində Almaniyanın tədris mərkəzlərinin nümayəndələri tərəfindən “Liderlik və motivasiya” və “Strateji menecment” mövzularında treninqlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti