...

Azərbaycanda avtomobil ehtiyat hissələri bazarı düzgün formalaşmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2016 13:20 (UTC +04:00)
Azərbaycanda yol qəzalarından sonra avtomobil nəqliyyat vasitələrinin təmiri zamanı artıq keçmişdə işlədilmiş ehtiyat hissələrindən istifadə olunur.
Azərbaycanda avtomobil ehtiyat hissələri bazarı düzgün formalaşmayıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda yol qəzalarından sonra avtomobil nəqliyyatı vasitələrinin təmiri zamanı artıq keçmişdə işlədilmiş ehtiyat hissələrindən istifadə olunur.

Trend-in məlumatına görə, bunu "Audatex Azerbaijan" şirkətinin rəhbəri Zakir Kərimzadə VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, şirkətin Azərbaycanda fəaliyyəti ərzində üzləşdiyi əsas problemlərdən biridir.

Z.Kərimzadə qeyd edib ki, Azərbaycanın avtomobil parkının orta hesabla yaşı 14 ilə çatır: "Buna görə də bir çox sığorta şirkətləri nəqliyat vasitələrinin təmiri zamanı keçmişdə işlədilmiş ehtiyat hissələrindən istifadə edirlər. Bu, Azərbaycanın ehtiyat hissələri bazarının düzgün formalaşmamasının nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti