...

Meyvə-tərəvəzin Rusiya bazarına ixracında əlvelişli şəraitin yaradılması müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 18:25 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi qruplarının görüşü keçirilib.
Meyvə-tərəvəzin Rusiya bazarına ixracında əlvelişli şəraitin yaradılması müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi qruplarının görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Moskvada keçirilmiş görüşdə Azərbaycan tərəfindən İşçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar və baytarlıq xidmətlərinin və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri daxil olub

Rusiya tərəfi isə İşçi qrupunun rəhbəri, kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin, Federal Gömrük Xidmətinin, pərakəndə ticarət şirkətlərinin Assosiasiyasının və “Rosselxozbank”ın nümayəndələri ilə təmsil olunub.

Görüşdə Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə ət və süd məhsulları istehsal edən Azərbaycan şirkətlərinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə, həmçinin Rusiyada ət və süd məhsulları istehsal edən şirkətlərin Azərbaycanda aparılan müvafiq reyestrə daxil edilməsi, meyvə-tərəvəz məhsullarının ixracının həcminin artırılması üçün Rusiya bazarına ixrac prosesində daha əlvelişli şəraitin yaradılması, hər iki ölkədə verilən fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin elektron qaydada həyata keçirilməsi prosesinin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, müvafiq orqanların qarşılıqlı əməkdaşlığının aparılması müsbət qiymətləndirilərək, daha da genişləndirilməsi məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti