Hesablama Palatası 6 ayda 42 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edib

Hesablama Palatası 6 ayda 42 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edib

Bakı. Trend:

Hesablama Palatasının Kollegiyası cari ilin altı ayı ərzində 2016-cı ilin İş planına aid 42 nəzarət tədbirinin başlanılması və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 17-si audit, 2-si isə analitik təhlil işləri olub, eyni zamanda, hesabat dövründə 2015-ci ilin İş Planına aid 2 audit tədbirinin nəticələri üzrə qərarlar təsdiq edilib.

2016-cı ilin İş planına əsasən dövlət büdcəsi xərcləri üzrə 15, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb olunmuş vəsaitlərlə bağlı 1, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin istifadəsi ilə bağlı 1 audit tədbirinin nəticəsi üzrə qərar qəbul olunmuşdur

Hesabat dövründə “Rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinin təhlili” və ““Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili” mövzusunda analitik təhlil işləri də aparılmışdır.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri üzrə aparılmış 15 audit tədbirinin əhatə dairəsi 1178,6 mln. manat təşkil etmiş, həmin məbləğin 6,7%-i 2013-cü ildə, 33,6%-i 2014-cü ildə 53,3%-i 2015-ci ildə və 6,3%-i 2016-cı ildə xərclənmiş vəsaitlərdir.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş auditlərin əhatə etdiyi vəsaitlərin 75,6%-ni cari və 24,4%-ni əsaslı xərclər təşkil etmişdir. Qeyd edək ki, əməktutumlu xərclərin cari xərclərdə xüsusi çəkisi 52,1% olmuşdur. Həmin nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 74,5%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 25,5%-i isə yerli xərcləri üzrə olmuşdur.

Audit tədbirlərinin 9-u Bakı şəhərində, 8-i isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılmışdır.

Həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 51,4%-i mərkəzi icra hakimiyyəti orqanları, 34,9%-i yerli icra hakimiyyəti orqanları və 13,7%-i digər dövlət qurumları tərəfindən icra edilmişdir.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsi üzrə 1 tədbirdən ibarət olmuş və bu nəzarət tədbiri ilə 97,3 mln. manat vəsait əhatə olunmuşdur.


Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbiri isə 2,2 mln. manat və 63,8 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə etmişdir.

Nəticəsi ilə bağlı Kollegiya Qərarı qəbul olunmuş auditlərdə əsasən 2014-2015-ci illər üzrə olmaqla müxtəlif nöqsanlar müəyyən olunmuşdur. Nöqsanların təsnifatı üzrə qruplaşdırdıqda həmin nöqsanların 50,2%-i büdcə qanunvericiliyinin, 13,4%-i dövlət satınalmaları, 11,5%-i mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması, 8,8%-i sosial müdafiə və sosial təminat, 6,9%-i dövlət investisiya xərcləri, 2,7%-i vergi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olmuş, nöqsanların 6,5%-ni ayrı-ayrı istiqamətlər üzrə müxtəlif xarakterli nöqsanlar təşkil etmişdir.

Büdcə sahəsində qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi ilə bağlı nöqsanların tərkibində iki əsas nöqsan qrupunun xüsusi çəkisi daha yüksək olmuşdur. Birinci qrup nöqsanlara vəsaitin icrası prosesində Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodunun və funksional istiqamətinin dəyişdirlməsi, həmçinin xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə vəsaitin yönəldilməsi ilə bağlı nöqsanlar aid edilmişdir və bu, 33,7 mln. manat, o cümlədən 2013-cü ildə 1,6 mln. manat, 2014-cü ildə 4,1 mln. manat, 2015-ci ildə 27,6 mln. manat və 2016-cı ilin birinci rübündə 0,4 mln. manat təşkil etmişdir. Həmin vəsaitin 1,8 mln. manatı və ya 25,5%-i iqtisadi təsnifat kodunun, 17,9 mln. manatı və ya 53,1%-i funksional istiqamətin dəyişdirilməsi ilə icra edilmiş, 7,1 mln. manat məbləğində vəsait isə xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə yönəldilmişdir.

İkinci qrup nöqsanlara əməyin ödənilməsi ilə bağlı müəyyən olunmuş nöqsanlar aid edilmiş və 31,3% xüsusi çəkiyə malik olmuşdur. Əməyin ödənilməsi sahəsində əsasən tarif və ixtisas dərəcələrinin, həmçinin əlavələrin düzgün hesablanılmaması, dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi aktlara tələblərinə riayət olunmaması kimi nöqsanlara yol verilmiş, həmin nöqsanların müəyyən hissəsi artıq saxlanılmış ştatlar, dərs saatları, həmçinin artıq və paralel siniflərin saxlanılması ilə bağlı olmuşdur.

2016-cı ilin altı ayı ərzində aparılmış nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 217,7 mln. manat təşkil etmişdir. Cari ilin ötən dövründə auditlərlə ilə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş satınalmalar 212,5 mln. manat olmaqla 851 satınalma müqaviləsini əhatə etmişdir. Bu məbləğin 106,3 mln. manatı və ya 50,1%-i bir mənbədən satınalma, 51,2 mln. manatı və ya 24,1%-i tender, 43,0 mln. manatı və ya 20,2%-i təkliflər sorğusu və 12,0 mln. manatı və ya 5,6%-i isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil etmişdir.

Bundan əlavə, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbiri isə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 73,3 mln. manat, 17,8 mln. ABŞ dolları məbləğində vəsait əhatə olunmuşdur.

Ümumi məbləğdən 5,2 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 7,5 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilmişdir.

Hesabat dövründə malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə etmiş, o cümlədən 69 halda ehtimal olunan qiymətin müəyyən düzgün müəyyən olunmaması, 116 halda malgöndərəndən (podratçılardan) ixtisas dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı zəruri məlumatların, o cümlədən maliyyə vəziyyəti ilə bağlı məlumatların alınmaması, 31 halda satınalma üzrə elanların və nəticələrin, habelə bağlanmış satınalmaların rəsmi internet saytında yerləşdirilməməsi, 6 halda müvafiq qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gəlməyən iddiaçılarla müqavilələrin bağlanılması, 37 halda müqavilə üzrə tenderin əsas şərtlər toplusunda göstərilməyən hallarda satınalma müqaviləsi ilə nəzərdə tutulmuş şərtlərin (o cümlədən qiymətin və müddətin) dəyişdirilməsi hallarına rast gəlinmişdir.

Həmçinin nəzarət tədbirləri ilə büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqlar anbarda uzun müddət istifadəsiz saxlanılması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 mln. manat və 2,9 mln. ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilmişdir.

2016-cı ilin 6 ayı ərzində Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələri üzrə 21, o cümlədən 2015-ci ilin İş planı üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə 1 Təqdimat, həmçinin ötən ildə həyata keçirilmiş auditin nəticələri əsasında xəzinə hesablarının bağlanılması ilə bağlı 1 Təqdimat verilmişdir.

2016-cı ilin İş planına uyğun nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri, həmçinin 2015-ci ildə fəaliyyətlə bağlı Hesabata daxil edilməmiş audit tədbirləri üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 mln. manat və 3,8 mln. manat məbləğində, ümumilikdə isə 6,3 mln. manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilmişdir.

Nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilmiş, o cümlədən 4 nəfər işdən azad edilmişdir.

ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
Qəbələ və İsmayıllıda zəlzələ olub
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Loading Bars
Xəbər lenti
Qarabağda ilk mobil rabitə!
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Bütün xəbərlər