...

İyulda Ceyhan limanından 2,8 mln. ton neft dünya bazarlarına çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 14:57 (UTC +04:00)
İyul ayında Ceyhan limanından 2,8 milyon ton neft dünya bazarlarına çıxarılıb.
İyulda Ceyhan limanından 2,8 mln. ton neft dünya bazarlarına çıxarılıb

Bakı. Trend:

İyul ayında Ceyhan limanından 2,8 milyon ton neft dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayı ərzində 2,8 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
(Bu həcmin 1,9 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17,5 milyon ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər Ceyhan limanından 308,7 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti