...

"PAŞA Həyat" 7 ayın nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2016 15:46 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.
"PAŞA Həyat" 7 ayın nəticələrini açıqlayıb

Bakı. Trend:

Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında “PAŞA Həyat” tərəfindən 49,580 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 13,567 mln. manat sığorta ödənişi verilib. Nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Bununla yanaşı, cari ilin avqust ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156,852 mln. manat, məcmu kapitalı 47,373 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən irir sığorta şirkətidir.

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti