Bakı. Ənvər Məmmədov – Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2017-ci ildə Azərbaycan iqtisadiyyatının 1,4 faiz artımını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə fondun hesabatında qeyd olunub.
BVF-nin ölkə ÜDM-in artımı üzrə əvvəlki proqnozu 1 faiz təşkil edib.
Hesabata əsasən, Azərbaycan ÜDM-in proqnozlaşdırılan artımı 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,9 faiz, 2020-ci ildə isə 2,5 faiz təşkil edəcək.