...

“PAŞA Həyat” sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2016 15:44 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.
“PAŞA Həyat” sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb

Bakı. Trend:

Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin strateji direktoru İsrail Qarayevin Trend-ə verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında “PAŞA Həyat” tərəfindən 61,803 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,3% çox olub.

İ.Qarayev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 25,597 mln. manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 3,4 dəfə artıb.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir. Сari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edir.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti