Bakı. Trend:
Bu ilin dekabr ayının əvvəlində özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktoru Xalid əl-Əbudinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bunu Trend-ə ölkənin maliyyə bazarındakı mənbə bildirib.
"ICD başçısı dekabrın 8-də keçiriləcək beynəlxalq investisiya konfransında iştirak etmək üçün Bakıya gələcək. Həmçinin, hələlik dəqiq olmayan informasiyaya görə, onunla birgə Azərbaycana İslam inkişaf bankı Qrupunun prezidenti Bəndər Həcər gələ bilər", - mənbə deyib.
Mənbənin sözlərinə görə, ərəb ölkələrindən investisiyaların cəlb edilməsinə yönəlmiş konfrans Azərbaycanda bu cür ilk və ən böyük tədbir olacaq.