...

"Sevgililər gün"ü üçün “Skype”da yeni smayllar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2017 16:00 (UTC +04:00)
“Microsoft” Sevgililər günü üçün “Skype”da yeni smayllar təqdim edib
"Sevgililər gün"ü üçün “Skype”da yeni smayllar

Bakı. Trend:

Əgər "Sevgililər günü"ndə əzizləriniz və yaxınlarınıza onlara nə qədər dəyər verdiyinizi bildirmək üçün lazımi sözlər tapmaqda çətinlik çəkirsinizsə, o zaman köməyinizə “Skype” gəlir.

“Microsoft” korporasiyası xüsusi olaraq sözügedən proqram təminatının istifadəçiləri üçün məhz "Sevgililər günü"nə həsr olunmuş və məsafədən asılı olmayaraq hisslərini paylaşmağa kömək edəcək yeni smaylları təqdim edib.

Bu il “Skype” məşhurluğu artan sənətçilər və bəstəkarlarla birgə çalışan “Rogue Octopus” müstəqil agentliyi ilə sevgidən ilhamlanaraq yeni smayllar yaratmaq üçün güclərini birləşdirib. Əsas məqsəd hədiyyə formasında açıla bilən smayllar yaratmaqdan ibarət idi. Hər bir smayl “Rogue Optucus” agentliyinin istedadlı musiqiçilərinin bəstələri müşayiətində iki personajın sevgi hekayəsinin müxtəlif mərhələlərini özündə əks etdirir. Smaylları nəzərdən keçirmək və göndərmək üçün paneldə qırmızı ürəkli işarəni seçə bilərsiniz.

Eyni zamanda, “Skype” öz istifadəçilərinə yazışmaları daha orijinal və şən aparmaq üçün müqəddəs "Valentin günü"nə həsr olunmuş yeni emotikon kolleksiyasını da istifadəyə verib.

“Skype” proqramının təklif etdiyi bütün imkanlardan həmişə faydalana bilmək üçün “Microsoft” korporasiyası “Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

“Microsoft” ümid edir ki, dünyanın istənilən yerində "Valentin günü"ndə “Skype” istifadəçiləri onlara əziz olan insanlarla yeni smaylları bölüşmək şansından zövq alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti