...

Azərbaycan yeni teplovozlar aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2017 20:59 (UTC +04:00)
Qazaxıstanın “Lokomotiv kurastıru zauıtı” şirkəti Azərbaycana “Evolution” seriyalı teplovozlar tədarük edib.
Azərbaycan yeni teplovozlar aldı

Bakı. Trend:

Qazaxıstanın "Lokomotiv kurastıru zauıtı" şirkəti Azərbaycana "Evolution" seriyalı teplovozlar tədarük edib.

Trend-in məlumatına görə, artıq Azərbaycanın dəmir yollarında Qazaxıstan istehsalı olan 10 teplovoz hərəkət edir.

Məlumatda qeyd olunur ki, bu tip lokomotivlər Azərbaycandan başqa, Qırğızıstan, Türkmənistan, Tacikistan və Ukraynaya da tədarük olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına əsasən, "Şimal-Cənub" marşrutu ilə yük daşımalarının artacağı təqdirdə Azərbaycan Qazaxıstandan əlavə teplovozlar əldə edə bilər. Bundan başqa Azərbaycanın Qazaxıstandan elektrovozlar əldə etməsi barədə razılaşma da mövcuddur.

TE33A "Evalution" tipli bu teplovozlar müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.

Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti