...

Baş nazir: 2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2017 14:06 (UTC +04:00)
2016-cı ildə sənaye sektorunda beş faiz artım qeydə alınıb
Baş nazir: 2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb

Bakı. Azad Həsənli - Trend:

2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında hökumətin ötən ilki fəaliyyəti barədə hesabatı zamanı Azərbaycanın Baş naziri Artur Rəsizadə deyib.

Baş nazirin sözlərinə görə, 2016-cı ildə sənaye sektorunda beş faiz artım qeydə alınıb.

A.Rəsizadə xatırladıb ki, ötən il Sahibkarlığa Dəstək Milli Fondu sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün 190 milyon manat vəsait ayırıb: “Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına 180 milyon manat vəsait ayrılıb, o cümlədən 32 iri fermer təsərrüfatına 70 milyon manat həcmində güzəştli kredit verilib. Həyata keçirilən tədbirlər nəticəsində bir çox kənd təsərrüfatı məhsul növünün istehsalı artıb, 400 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti