Bakı. Trend:
Dünyaca məşhur Amerika, Britaniya, İspaniya, Fransa və digər dünya brendlərini Azərbaycan alıcılarına daha yaxın edən və ölkənin pərakəndə satış bazarının liderlərindən olan NOVCO şirkətlər qrupu Baku Şopinq Festivalına qoşulub.
Şirkətdən Trend-ə verilən məlumata görə, şirkətə daxil olan 50-dək mağaza Festivalda iştirak edəcək.
Şəhərimizə gələn turistlər və yerli sakinlər NOVCO şirkətlər qrupuna daxil olan United Colors of Benetton, Sisley, Hackett, Six, Accessorize, Monnalisa, Adidas, Coast, Liu Jo, Bebe, Pablosky, Coccinele, ADL, Monsoon, BCBGMAXAZRIA, Tara Jarmon, Pylones, Pylones, OVS, Juicy couture, , Tommy, İ am, Benetton, Pimkie, ADL, Lacoste, I am Bravo, mağazalarında bütün yeni kolleksiyaya 10% ENDİRİM, seçilmiş məhsullara isə 30% ENDİRİM alıcılara təqdim olunacaq! Üstəlik 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala biləcəklər.
Bakı Şopinq Festivalı çərçivəsində şirkət hər həftə keçirəcəyi yeni –yeni aksiyalarla alıcıları sevindirəcək.
Bundan əlavə, NOVCO şirkətlər qrupuna daxil olan Second Cup və Bagel Bar kafeləri də Baku Şoppinq Festivala qoşulb. Müştərilər burada da 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala biləcəklər.
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.