...

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2017 17:39 (UTC +04:00)
“AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib.
“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

Bakı. Trend:

Bakıda “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilib. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib.

Bankdan Trend-ə verilən məlumata görə, “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu edib.

“AtaBank” ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.

Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti