...

Azərbaycanda dəniz yolu ilə yük daşımaları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2017 10:36 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

2017-ci ilin yanvar-may aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tanker və bərələr vasitəsilə 1,55 milyon ton maye yük daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur.

Trend bu barədə QSC-yə istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında 797,21 min ton maye yük daşınmışdı.

Bundan başqa, bu ilin ilk beş ayı ərzində 660,87 min ton quru yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,15 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti