...

Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2017 16:47 (UTC +04:00)
Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlərin “Azəravtoyol” ASC-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə aşkar edilərək aradan qaldırılması, həmçinin bu çərçivədə yeni yol və yol hissələrinin tikintisi uğurla davam etdirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, növbəti bu cür addım Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində atılıb.

Belə ki, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün yeni keçid hissə yaradılıb.

Avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizlik məqsədilə köməkçi yola 20 ədəd siqnal dirəyi və 10 ədəd yol nişanı quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

Aparılmış işlər imkan verir ki, avtonəqliyyat vasitələri "Gənclər şəhərciyi" istiqamətində Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində, Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti