...

“AtaBank” müştəriləri üçün “ödənişsiz göz müayinəsi” təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2017 16:52 (UTC +04:00)

Bakı. Trend:

“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində öz müştərilərinə hədəflənən növbəti layihəyə start verir.

Bankdan Trend-ə verilən məlumata görə, sentaybrın 6-dan etibarən “AtaBank” Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu ilə birgə xeyirxah layihəyə başlayır. Layihə çərçivəsində AtaBankın müştəriləri 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə edəcəklər.

Layihə Qurban Bayramı tətilindən sonra başlayaraq 2 həftə boyunca növbəli şəkildə Bankın Dostluq və Nərimanov filiallarında həyata keçiriləcək. Mobil göz klinikası 6-12 sentyabr tarixlərində Azadlıq prospekti 124 ünvanında yerləşən Dostluq, 13-19 sentyabr tarixlərində Əhməd Rəcəbli küçəsi 9A ünvanında yerləşən Nərimanov filiallarında quraşdırılacaq. Gözlərini Dünyagöz klinikasının professional həkimlərinə müayinə etdirmək istəyən AtaBank müştəriləri saat 9:00-dan 17:00-a kimi qeyd olunan filiallara yaxınlaşa bilərlər.

Layihə müddətində müayinəyə çatmayan müştərilər istənilən vaxt klinikada 15% endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan AtaBank müştəriləri Dünyagöz Xəstəxanasından 10% endirim əldə edəcəklər. Bunun üçün ödənişi sadəcə AtaBankın Visa və ya MasterCard plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

Dünyagöz Xəstəxanası, daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyəti ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutmuşdur. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinika artıq 21 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsi ilə məşğul olur.

“AtaBank” ASC korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti