...

Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2017 15:32 (UTC +04:00)
Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək.
Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir

Bakı. Ənvər Məmmədov - Trend:

Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək.

Trend-in məlumatına görə, "Dövlət idarəetməsinin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyi" layihəsinə alt proqram üzrə missiya sentyabrın 25-dən oktyabrın 2-dək Bakıda olacaq.

Missiyanın məqsədi alt proqrama hazırlıq üçün məlumatların əldə olunmasıdır. AİB alt proqram çərçivəsində Azərbaycana 300 milyon dollar ayırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti