Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan-Avstraliya biznes forumu ərəfəsində Avstraliyanın Pert şəhərində Azərbaycanın fəxri konsulluğu tərəfindən təşkil olunmuş avstraliyalı iş adamları ilə görüş keçirilib.
Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayevanın Trend-ə bildirdiyinə görə, oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək. Bu forumda Avstraliyadan onlarla sahibkarın iştirak edəcəyi planlaşdırılır.
Görüş zamanı iştirakçılara Azərbaycanın iqtisadi və investisiya imkanları, ölkədə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr barədə məlumat verilib.
Görüşün yekunlarına əsasən iş adamları Bakıdakı biznes forumda iştirak etmək niyyətlərini bildiriblər.