...

Assosiasiya: Azərbaycan qonşu ölkələrə ərəb investisiyalarının cəlb olunması üçün qovşağa çevrilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2017 11:58 (UTC +04:00)
Azərbaycan Gürcüstan və Rusiya kimi qonşu ölkələrə ərəb investisiyalarının cəlb olunması üçün qovşağa çevrilə bilər
Assosiasiya: Azərbaycan qonşu ölkələrə ərəb investisiyalarının cəlb olunması üçün qovşağa çevrilə bilər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Gürcüstan və Rusiya kimi qonşu ölkələrə ərəb investisiyalarının cəlb olunması üçün qovşağa çevrilə bilər.

Bunu Trend-ə müsahibəsində Azərbaycan-Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının sədri Elşən Rəhimov deyib.

O qeyd edib ki, Assosiasiya ilk növbədə azərbaycanlı və ərəb sahibkarlar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi ilə məşğuldur: “Amma gələcəkdə Assosiasiyanın fəaliyyəti qonşu ölkələrədək genişləndirilə bilər. Bunun üçün Azərbaycanın lazımi potensialı var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti