...

Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı? (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2017 10:57 (UTC +04:00)
Azərbaycan ABŞ-da ticarət evi açmaq imkanlarını nəzərdən keçirir.
Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı? (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədli - Trend:

Azərbaycan ABŞ-da ticarət evi açmaq imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

O qeyd edib ki, bu qərar gələcəkdə qəbul edilə bilər: "Hər şey Birləşmiş Ştatlarla əmtəə dövriyyəmizin həcmindən və dinamikasından asılıdır. Biz təhlil aparmağa davam edirik və əmtəə dövriyyəsinin uğurla genişləndiyi və müsbət dinamika nümayiş etdirdiyi ölkələrdə ticarət evlərinin yaradılması üzərində işləyəcəyik".

S.Babayev bildirib ki, hazırda Azərbaycana yaxın ölkələrdə ticarət evlərinin açılması prioritetdir:

"Biz artıq Belarusda ticarət evi açmışıq. Yaxın günlərdə Ukraynada da ticarət evinin açılışı planlaşdırılır. Həmçinin biz artıq Çin, Rusiya, BƏƏ və Mərkəzi Avropada ticarət nümayəndələri təyin etdik. Bu istiqamətdə işlər davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti