Bakı. Azad Həsənli - Trend:
“Ziraat Bank” iki qardaş ölkə - Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Trend-in məlumatına görə, bunu Bakıda “Ziraat Bank”ın baş ofisinin açılışında bankın baş direktoru Hüseyn Aydın deyib.
Onun sözlərinə görə, “Ziraat Bank” Azərbaycana yerli bazarda pay götürmək üçün, ölkənin maliyyə bazarının inkişafına kömək etmək üçün gəlib.
O vurğulayıb ki, “Ziraat Bank Azərbaycan” “Ziraat Bank” maliyyə qrupunun vacib hissəsidir.