...

Aİ və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2017 11:09 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir.
Aİ və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan statistika sahəsində daha bir layihə həyata keçirir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

"Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirə qatılan nümayəndə bildirib ki, bu layihə Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına yaxınlaşmasına kömək etdi.

O qeyd edib ki, Aİ iqtisadiyyatın diversifikasiyası və yol xəritələrinin realizəsi üçün etibarlı və kompleks statistik sistem işində uğurlara nail olmaq üçün bundan sonra da Azərbaycana dəstək göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti