...

Nazir: Aİ Azərbaycan iqtisadiyyatına 21 milyard dollar yatırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2017 12:05 (UTC +04:00)
Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 milyard dollar sərmayə yatırıb.
Nazir: Aİ Azərbaycan iqtisadiyyatına 21 milyard dollar yatırıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Son 10 il ərzində Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatına 21 milyard dollar sərmayə yatırıb.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Aİ bu göstərici üzrə lider mövqedədir: "Avropa İttifaqı ölkələrinin investisiyalar strukturunda payı 24 faiz təşkil edir. Hazırda Azərbaycanda 1400-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Azərbaycan 8 Aİ ölkəsi ilə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb".

Ş.Mustafayev bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Ötən il Azərbaycanın ümumi əmtəə dövriyyəsində Aİ-nin payı 35 faiz təşkil edib. Cari ilin nəticələri göstərir ki, bu, 35 faiz səviyyəsində qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti