...

Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2017 19:24 (UTC +04:00)
Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

Bakı. Ənvər Məmmədov - Trend:

Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Trend-ə BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.

Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti