...

Sığorta şirkətinin lisenziyası 1 ay müddətinə dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2017 17:21 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.
Sığorta şirkətinin lisenziyası 1 ay müddətinə dayandırılıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.

Palatadan Trend-ə verilən məlumata görə, palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmayıb, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilib və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti