...

Azərbaycan və Böyük Britaniya arasında hökumətlərarası komissiyanın protokolu imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2017 18:14 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunları üzrə protokol imzalanıb
Azərbaycan və Böyük Britaniya arasında hökumətlərarası komissiyanın protokolu imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunları üzrə protokol imzalanıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycanın iqtisadiyyan naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed imzalayıb.

Qeyd edək ki, Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti