...

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2017 15:32 (UTC +04:00)
“Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.
“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

Bakı. Trend:

“Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

Bankdan Trend-ə verilən məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən “B-” səviyyəsinə yüksəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti