...

Nazir: Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması əmtəə dövriyyəsinin artmasına kömək edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2017 11:51 (UTC +04:00)
Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması iki ökə arasında əmtəə dövriyyəsinin artmasına kömək edəcək.
Nazir: Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması əmtəə dövriyyəsinin artmasına kömək edəcək (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması iki ökə arasında əmtəə dövriyyəsinin artmasına kömək edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndəliyin açılış mərasimində deyib.

Nazir vurğulayıb ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələrdə - siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf edir: “Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı investisiyaların həcmi artmaqda davam edir. Biz daim yeni vasitələr tətbiq edirik və qeyd edim ki, Rusiya İxrac Mərkəzinin Azərbaycanda nümayəndəliyinin açılması bu vasitələrdən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti