...

Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2018 16:15 (UTC +04:00)
“Azərşüşə” dövlət zavodu 2018-ci ildə istehsalat gücünü artıracaq
Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək

Bakı. Azad Həsənli - Trend:

“Azərşüşə” dövlət zavodu 2018-ci ildə istehsalat gücünü artıracaq.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir qeyd edib ki, “Azərşüşə” Azərbaycan Sənaye Korporasiyasının tabeliyinə keçib və zavodun fəaliyyəti tədqiq olunaraq problemləri üzə çıxarılıb.

Ş.Mustafayev deyib ki, korporasiya zavodda yeni istehsalat xəttini işə salacaq.

Nazirin sözlərinə görə, zavodda müxtəlif növ butulkaların istehsalı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti