...

İqtisadiyyat Nazirliyi ölkədə yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2018 13:53 (UTC +04:00)
Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq
İqtisadiyyat Nazirliyi ölkədə yeni sənaye zonalarının yaradılması barədə təkliflər hazırlayacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, hazırda qurum sənaye zonalarının yaradılması üçün potensiala malik regionları tədqiq edir: “Bildiyiniz kimi, ötən illər ərzində ölkədə beş sənaye parkı, dörd sənaye məhəlləsi yaradılıb. Yeni sənaye zonalarının yaradılması ilə bağlı iş davam edir. Hazırda biz hər bir rayonun potensialının qiymətləndirməsini aparırıq”.

N.Səfərov əlavə edib ki, sənaye zonalarının yaradılacağı rayonların adları tədqiqatın başa çatmasından sonra açıqlanacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda Sumqayıt kimya-sənaye parkı, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.

Bir müddət əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev Ağdam, Ağstafa və Qazax rayonlarında sənaye zonalarının yaradılması imkanlarının araşdırıldığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti