...

Azərbaycan bankının rəhbərliyində dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Mart 2018 10:30 (UTC +04:00)
Azərbaycan bankının rəhbərliyində dəyişikliklər olub.
Azərbaycan bankının rəhbərliyində dəyişikliklər olub

Bakı. Ənvər Məmmədov - Trend:

"Rabitəbank"ın rəhbərliyində bir sıra dəyişikliklər olub.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, "Rabitəbank"ın İdarə heyəti sədrinin müavinlərinin sayı artırılıb. Orxan Gültəkin İdarə heyəti sədrinin yeni müavini təyin olunub.

Buna qədər O.Gültəkin ölkənin bir sıra banklarında rəhbər vəzifələrdə çalışıb. Belə ki, o, 2012-2015-ci illərdə "Yapi Kredi Bank Azerbaijan"ın satış üzrə baş direktoru, 2016-2017-ci illərdə "Caspian Development Bank"da Satış və marketinq departamentinin direktoru, 2017-ci ildən 2018-ci ilədək isə "Atabank" ASC-də Marketinq və kommunikasiya departamentinin direktoru olub.

Bundan başqa, İdarə heyətinin tərkibinə bankın direktorlarından biri olan Ceyhun İbrahimov daxil olub. O, eyni zamanda baş direktor kimi işləməyə davam edəcək.

Qeyd edək ki, "Rabitəbank" Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. 2017-ci ilin sonuna bankın aktivləri 727 milyon manat təşkil edib. Hazırda bankın 22 filialı və bir bölməsi var.

Bankın nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti