...

Yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb - CƏDVƏL

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2018 17:12 (UTC +04:00)
21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.
Yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb - CƏDVƏL

Bakı. Trend:

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olub.

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

CƏDVƏL 1:
CƏDVƏL 2:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti