...

Beynəlxalq Bankın Rusiyadakı törəmə şirkətində struktur dəyişiklikləri baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2018 13:58 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti “MBA-Moskva”da kollegial icraiyyə orqanı yaradılıb.
Beynəlxalq Bankın Rusiyadakı törəmə şirkətində struktur dəyişiklikləri baş verib

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti “MBA-Moskva”da kollegial icraiyyə orqanı yaradılıb.

Trend-in məlumatına görə, bu orqan idarəetmə funksiyalarını yerinə yetirəcək.

Bankın İdarə heyətinin sədrinin müavini Rafael Abbasov beş il müddətinə kollegial icraiyyə orqanının üzvü təyin edilib.

Bundan başqa, “MBA-Moskva”nın İdarə heyətinin sədri Emin Əfəndiyev öz arzusu ilə vəzifəsini tərk edib. İdarə heyətinin sədri vəzifələrini Rafael Abbasov müvəqqəti icra edəcək.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının səhmdarları mart ayında Rusiya və Gürcüstanda törəmə şirkətlərin ləğv olunması barədə qərar qəbul etmişdi.

Bununla əlaqədar Rusiyadakı törəmə şirkətin Yekaterinburq və Sankt-Peterburq filialları bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti