Bakı. Trend:
Müasir dövrdə işəgötürənlərin hüquqları ilə bağlı seminar keçiriləcək.
Trend-in xəbərinə görə, bununla bağlı məlumatda deyilir:
"Hörmətli işəgötürənlər. Bildiyimiz kimi müasir əmək qanunvericiliyinin əsas prinsiplərindən biri işçi və işəgötürənlərin hüquq bərabərliyinin qorunulmasıdır. Lakin Əmək Məcəlləsinin prototipi keçmiş sovet məcəlləsi olduğundan və o zamanlar işçilərin hüquqlarının pozulması barədə şüarların üstünlük təşkil etdiyindən və müasir biznes qanunları mövcud olmadığından hazırki əmək qanunvericiliyində işəgötürənlərin hüquqları yazılmasına baxmayaraq, onların müdafiyəsinin təminatı çətinliklərlə üzləşir.
Hesab edirik hər biriniz aşağıdakı problemlərlə üzləşirsiniz:
İşçi üzürsüz səbəbdən işə gəlmir və yaxud daxili nizam intizam qaydalarına riayət etmir? İşçi tutduğu vəzifəyə uyğun gəlmir, bilmirsiz necə onu işdən azad edəsiniz? Davamlı olaraq əmək müfəttişliyinə işçilər şikayət edir? İşçi əmək kitabçasını götürməkdən imtina edir? Sizin müəssisədə fasiləsiz iş rejimidir, ancaq prosesin tənzimlənməsində çətinlik çəkirsiniz? Müəssisənin xərclərinin optimallaşdırılması lazımdır, ixtisarı necə aparılmasını bilmirsiniz? Müddətli və ya müddətsiz müqavilə arasında seçim edə bilmirsiniz? İşçi müəssisəyə maddi ziyan vurub. Ödətməkdə çətinlik çəkirsiniz?
Bu və ya digər suallara bizim seminarda cavab tapa biləcəksiniz.
Seminarın mövzusu:
Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları
Seminarın gündəliyi:
11:00-13:30
İşçi və işəgötürən münasibətləri
Əmək münasibətlərinin iştirakçıları
İşçi və İşəgötürənlərin hüquq və öhdəlikləri
Düzgün tərtib olunan əmək müqaviləsi - işəgötürənin üzləşdiyi risklərin qarşısının alınma üsuludur.
Kollektiv müqavilə - təcrübədə yaranan problemlər.
Əmək müqaviləsinə xitam verilməsi, prosesin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi.
İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları
Fərdi əmək mübahisələrində işəgötürənlərin hüquqlarının müdafiəsi.
13:30-14:00
Kofe-breyk
14:00-16:00
İşəgötürənin üzləşə biləcəyi risklərin qarşısının alınması metodları
Əmək qanunvericiliyinin pozulmasına dair inzibati xətalar və cərimələr
Kadr sənədləşməsinin optimallaşdırma metodları.
İnsan Resurlarının düzgün idarə olunmasının təşkili - işəgötürənin və işçilərinin hüquqlarının qorunmasının təminatı
16:00-17:00
Seminar iştirakçılarının suallarının cavablandırılması, praktiki məsləhətlər.
Seminar kimlər üçün nəzərdə tutulub:
Təsisçilər
Işəgötürənlər
Müəssisənin İnsan Resursları üzrə mütəxəssisləri
Seminar Sizə nə verəcək :
İşçilərlə münasibətlərdə bəzi problemlərin həlli yollarını
Yoxlamalar və şikayətlər zamanı müəssisənin risklərdən qorunması metodlarını
Fərdi əmək mübahisələrində işəgötürənin hüquqlarının müdafiəsi üsullarının mənimsənilməsini
Seminarı aparan şəxs barədə məlumat
Dəmirova Təhminə Rasim qızı -
Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 20 il əmək qanunvericiliyi, İnsan Resurslarının İdarə etmə sahəsində iş təcrübəsinə malikdir. 2012-ci ildən etibarən “BSC” MMC-də İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışır, Coca-Cola, Türk Hava Yolları, SHUKO, ArazRəng, PDL, TECHNOL kimi müəssisələrin kadr sənədləşməsinin aparılması və İnsan Resurslarının İdarə edilməsi sahəsində konsultant qismində fəaliyyət göstərir.
Seminarın mövzusu: Müasir dövrdə işəgötürənlərin hüquqları
Ünvan: Çıraq Plaza Biznes Mərkəzi
Tarix: 23 May 2018
Saat: 09:30 - 16:00
Qeydiyyat üçün:
(050) 254 02 73 nömrəsi ilə əlaqə saxlaya və ya Business Service Centre şirkətinə yaxınlaşıb ödəniş edə bilərsiniz".