...

Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2018 18:40 (UTC +04:00)
Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar.
Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?

Bakı. Trend:

Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar.

Trend-in məlumatına görə, festival ən çox ziyarət olunan ticarət mərkəzləri ilə yanaşı, şəhərin müxtəlif ünvanlarında yerləşən mağazaları da əhatə edir. Mağazaların ünvanları ilə festivalın rəsmi saytında http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış olmaq mümkündür.

Festival çərçivəsində 100 manatdan artıq alış-veriş edən şəxs xərclədiyi məbləğin ƏDV-nin bir qismini geri ala bilər. Bunun üçün o, ilk növbədə şopinq etdiyi mağazaya ƏDV-nin bir hissəsini əldə etmək istədiyini bildirməli və Vergi Hesab Fakturası (VHF) almalıdır. Daha sonra çek, VHF və aldığı məhsullarla (ağır əşyalar istisnadır) təsdiq üçün ƏDV köşkünə yaxınlaşmalıdır.

Bakı Şopinq Festivalında iştirak edən mağazalardan alış-veriş edərək Vergi Hesab Fakturası alan alıcılar istənilən ƏDV köşkünə yaxınlaşıb sənədi təsdiqlədə bilərlər. ƏDV köşkləri Gənclik Mall, 28 Mall, Park Bulvar, Metropark, Nargiz Mall, Port Baku Mall və Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketində yerləşir.

Vergi Hesab Fakturası təsdiqləndikdən sonra alıcı geri qaytarılacaq məbləği nağd və ya bank kartına almaq seçimi edə bilər. Bundan başqa, Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketindəki Kapital Bankda “cash by code” fürsətindən yararlanaraq 8 rəqəmli kodu daxil etməklə Kapital Bankın ATM-dən nağd pul ala bilərlər. Bank kartına köçürmə etmək istədikdə isə bank və kart məlumatlarını Vergi Hesab Fakturasının arxasına qeyd edib ƏDV köşkünün yanında olan vergi qutusuna atmaq kifayətdir. Bu halda məbləğ on gündən gec olmayaraq karta köçürüləcək. Alıcı geri qaytarılacaq məbləği nağd almaq istədikdə təsdiqlənmiş Vergi Hesab Fakturası və çeklə birlikdə festivalın müvəkkil banklarından birinin filialına yaxınlaşıb pulunu nağd şəkildə götürə bilər.

Şopinq etməyə tələsin! Festivalın bitməsinə 7 gün qalıb.

Bakı Şopinq Festivalının müvəkkil bankları, filiallar və iş vaxtları barədə məlumatı festivalın rəsmi saytından – http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil olaraq öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti