Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan istehsalatda bədbəxt hadisələrlə əlaqədar nəzarəti gücləndirir.
Trend-in məlumatına görə, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "Atəşgah Həyat", "PAŞA Həyat" və "Qala Həyat" sığorta şirkətləri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulur.
Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov, "Atəşgah Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev, "PAŞA Həyat"ın İdarə Heyətinin sdəri Niyaz İsmayılov və "Qala Həyat" sığorta şirkətinin baş direktoru Aydın Rəhmanov imzalayıblar.
Memorandum müvafiq normativ-hüquqi aktların layihələrinin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.