...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2018 11:53 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.15$-a ticarət edilir və 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Avropada siyasi risklərin artması, iqtisadiyyata mənfi təsir etməklə, avronun qiymətinə də mənfi təsir edir.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərim də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

GBP

GBP/USD məzənnəsi də bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi fonunda bu gün 0.6%-lik ucuzlaşması ilə yadda qalıb. Təhlillərə əsasən, 1.31$-a ticarət edilən valyuta cütlüyünün qiyməti, 1.30$-a kimi də ucuzlaşa bilər.

İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir.

Çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq dərc ediləcək İngiltərənin işsizlik, inflyasiya və pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

TRY

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.90TL ətrafında dalğalanmaqdadır və 6.00TL-nin altında qaldıqca, 5.70TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Eyni zamanda, bazar ertəsi saat 12:00-da yayımlanacaq Türkiyənın xarici ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər də böyük rol oynaya bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti isə keçən həftə ərzində 80$-a kimi ucuzlaşsa da “OPEC+” ölkələrinin bəyanatının təsiri ilə dəstək aldığı qiymətlərin üzərində ticarət edilməsi, yenidən bahalaşa biləcəyi proqnozlarını da güclü saxlayır.

Beləliklə, bazar ertəsi 81$-a kimi dəyər qazanan qiymət, 82$-ı da yuxarı istiqamətdə qırarsa, 84$-a kimi dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiyməti sürətli artım dalğası ilə yenidən investorların diqqətini cəlb edib. Artıq 1220$-ın (39.2 $/qram) üzərində təklif edilən qiymət, 1226$-ı (39.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1234$-a (39.7 $/qram) kimi də dəyər qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti