Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən inflyasiya 4 faizə yaxın təşkil edəcək.
E.Rüstəmov qeyd edib ki, real sektorda həyata keçirilmiş monitorinqlər göstərib ki, tikinti sektorunda və qeyri-neft emal sənayesində inflyasiya gözləntiləri azalıb.
O əlavə edib ki, beynəlxalq maliyyə təşkilatlarının da, o cümlədən Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən ölkədə inflyasiya aşağı səviyyədə gözlənilir.