...

Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2019 13:08 (UTC +04:00)
Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir
Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Bakıda 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, vergi öhdəliklərinin könüllü icra olunması artıb.

Onun sözlərinə görə, 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir:

“Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırılması üçün tədbirləri davam etdirəcəyik”.

M.Cabbarov əlavə edib ki, bu ilin əvvəlindən qeyri-neft sektorunda imzalanmış əmək müqavilələrinin sayı 66 minə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti