...

Nazir müavini: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2019 18:21 (UTC +04:00)
2019-cu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb
Nazir müavini: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Çin biznes forumunda deyib.

O bildirib ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,6 faiz artıb:

“Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil etmişdi. Azərbaycanın Çin iqtisadiyyatına investisiyaları 1,7 milyard dollar, Çinin Azərbaycan iqtisadiyyatına investisiyaları isə 800 milyon dollar təşkil edib. Hazırda Azərbaycanda Çin kapitalı ilə 119 şirkət işləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti