...

Bank Respublika 2019-cu ilin birinci yarımilliyini böyük mənfəətlə bitirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2019 18:23 (UTC +04:00)
Bank Respublika 2019-cu ilin birinci yarımilliyinə dair maliyyə hesabatlarını açıqlayıb.
Bank Respublika 2019-cu ilin birinci yarımilliyini böyük mənfəətlə bitirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bank Respublika 2019-cu ilin birinci yarımilliyinə dair maliyyə hesabatlarını açıqlayıb. Yarımilliyin nəticələrinə əsasən, Bank inkişaf tempini möhkəmləndirib və bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib.

Hesabata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 20 dəfədən çox artararq 12,83 mln.manat, xalis faiz mənfəəti 2 dəfə artaraq 17,67 milyon manat, xalis əməliyyat mənfəəti isə 7 dəfədən çox artaraq 20,81 milyon manat təşkil etmişdir.

Bundan başqa, Bankın məcmu kapitalı 66%, depozit portfeli 48,6%, kredit portfeli 43,9%artıb. Bankın aktivlərində isə, ötən ilin analoji dövrü ilə müqayisədə 41,5% artım qeydə alınmışdır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti