...

Fuat Oktay: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2019 19:36 (UTC +04:00)
2002-2018-ci illər arasında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfədən çox artaraq 3,2 milyard dollar təşkil edib.
Fuat Oktay: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfə artıb

Bakı. Kəmalə Məmmədli - Trend:

2002-2018-ci illər arasında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 8 dəfədən çox artaraq 3,2 milyard dollar təşkil edib. 2023-cü ilə qədər iki ölkə arasında ticarətin 15 milyard dollara qədər artırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə biznes forumunda deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Türkiyənin Azərbaycana ixracatı əvvəlki ilə nisbətən 8,7 faiz artıb. Hesabat dövründə idxal 32 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

Vitse-prezident qeyd edib ki, iki ölkə arasında preferensial ticarət haqqında saziş 2019-cu ilin sonuna qədər imzalanacaq.

Saziş, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti