...

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2019 12:26 (UTC +04:00)
Son illər ərzində Azərbaycanla Çin arasında ticari-iqtisadi münasibətlərdə müsbət inkişaf dinamikası müşahidə olunur
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bakı. Mətanət Nəsibova - Trend:

Son illər ərzində Azərbaycanla Çin arasında ticari-iqtisadi münasibətlərdə müsbət inkişaf dinamikası müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir:

“Çindən məhsul idxalı 40 faiz artıb. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticari-iqtisadi tərəfdaşı hesab olunur. Azərbaycan tarixi İpək yolu üzərində yerləşən vacib beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin daşınması üçün ən qısa nəqliyyat marşrutu rolunu oynayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti