...

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2020 10:36 (UTC +04:00)
2020-ci ilin fevralında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 164,685 milyon dollar təşkil edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin fevralında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 164,685 milyon dollar təşkil edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 25,991 milyon dollar çoxdur.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin fevralında Türkiyədən Azərbaycana ixrac 127,886 milyon dollar, Azərbaycandan idxal isə 36,799 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-fevral aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 58,766 milyon dollar artaraq 315,019 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 244,86 milyon dollar, Azərbaycandan idxal isə 70,159 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin fevralında Türkiyənin xarici ticarət dövriyyəsi 32,287 milyard dollar təşkil edib.

Türkiyənin ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 2,3 faiz artaraq 14,653 milyard dollar, idxalı 9,8 artaraq 17,634 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti