...

Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2020 08:38 (UTC +04:00)
Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır

Bakı. Trend:

Koreya Respublikasının hökuməti KXDR ilə ticari barter mübadiləsinə başlamaq imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, Cənubi Koreyanın "Koreyanın Birləşməsi" Kənd Təsərrüfatı Kooperativləri Birliyinin və Xalq Demokratik Respublikasından olan "Keson kore-insam" ticarət şirkətinin nümayəndələri Pekində görüşdə Şimali Koreyanın qara qarağat likörünün Cənubi Koreya şəkərinə barter mübadiləsi haqqında saziş imzalayıblar.

KXDR-dən cənuba alkoqoldan əlavə şirniyyat, çay, içki və pəhriz əlavələrinin gətirilməsi planlaşdırılır.

Daha əvvəl Koreya Respublikasının yeni birləşmə naziri Li İn En iki ölkələr arasındakı ticarəti bərpa etməklə donmuş koreyalararası münasibətləri canlandırmaq niyyətində olduğunu bildirib. Layihə hökumət tərəfindən təsdiqlənərsə, Seul tərəfindən Pxenyana qarşı 10 il ərzində birtərəfli sanksiyalar tətbiq edildikdən sonra ilk dəfə olaraq şimaldan məhsullar cənuba gətiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti