...

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2021 20:33 (UTC +04:00)
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-cu ilin eyni dövrü ilə müqayisədə 25,6 faiz artaraq 7,82 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2020-ci yanvarı ilə müqayisədə 3 faiz artaraq 601,104 milyard dollar təşkil edib.

Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,4 faizə bərabər olub.

Son 12 ay ərzində (yanvar 2020 - yanvar 2021) Türkiyə 7,314 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti