Bakı. Sədrəddin Ağcayev - Trend:
Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlb olunmasını, ölkənin investisiya potensialının inkişafını hədəfləyir.
Trend-in məlumatına görə, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O qeyd edib ki, azad iqtisadi zonanın normativ-hüquqi bazası iqtisadi fəaliyyətin bütün iştirakçılarının maraqlarının qorunmasını nəzərdə tutur:
"İnvestorlar və hüquqi şəxslər vergilərdən, gömrük rüsumlarından, əməkdaşların əməkhaqları üzrə vergilərdən tamamilə azad ediləcək".
(Tərcümə: Orxan Nəbiyev)