...

Qazaxıstan Azərbaycanın iri ticarət şəbəkələrinin nümayəndələri və distribütorları Qazaxıstan məhsullarının Ticarət-İqtisadi Missiyasında iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2022 12:56
Qazaxıstan Azərbaycanın iri ticarət şəbəkələrinin nümayəndələri və distribütorları Qazaxıstan məhsullarının Ticarət-İqtisadi Missiyasında iştiraka dəvət edir

Trend-i buradan izləyin

Bakı. Trend:

6-8 iyun 2022-ci il tarixlərində Bakı şəhərində Qazaxıstan istehsalçılarının və xidmət təminatçılarının təmsil olunduğu Qazaxıstan Ticarət-İqtisadi Missiyası (TİM) baş tutacaq. Bu missiyanın məqsədi Azərbaycanla Qazaxıstan arasında qida məhsulları, yüngül sənaye, neft-mədən xidmətləri, o cümlədən avtonəqliyyat, metal prokat və məişət kimyası kimi sənaye sahələrində ticarət əməkdaşlığının genişləndirilməsindən ibarətdir. Tədbir Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyi, “QazTrade” SC, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycanda “Qazaxıstan Ticarət Evinin” dəstəyi ilə keçiriləcək.

İkitərəfli ticarət əməkdaşlığının perspektivləri son zamanlar geniş vüsət almaqdadır. Bu mərhələdə Qazaxıstandan Azərbaycana qeyri-xammal ixracının prioritet istiqamətləri qida məhsulları və maşınqayırma sənayesi məhsullarıdır. Belə ki, PwC Azərbaycan nümayəndələrinin şərhlərinə əsasən, qlobal iqtisadi gündəmdəki kəskin dəyişikliklər və bunun nəticəsində taxıl və digər məhsulların ixracının məhdudlaşdırılması tendensiyaları, Azərbaycan bazarında qida məhsullarına olan tələbatın artması ehtimalını yaradır.

TİM tədbirlərinin əksəriyyəti hər iki ölkənin sahibkarları arasında B2B danışıqlar formatında keçiriləcək ki, bu da Azərbaycanda fəaliyyət göstərən müəssisələrə Qazaxıstan məhsullarının üstünlükləri haqqında ətraflı məlumat əldə etməyə və işgüzar əməkdaşlıq və gələcək təchizatlar barədə razılığa gəlməyə imkan verəcək.

Qazaxıstan nümayəndə heyətinə “QazTrade” SC tərəfindən həyata keçirilən “İxracın Sürətləndirilməsi Proqramında” iştirak edən şirkətlər daxildir. Artıq üçüncü ildir ki, Proqram Azərbaycan bazarı daxil olmaqla, Qazaxıstan ixracatçıları üçün geniş yayılmış dövlət dəstəyi vasitələrindən biridir. İştirakçılar arasında Qazaxıstanın İT və tikinti sektorunun nümayəndələri, ət-süd, un və qənnadı məmulatları istehsalçıları və metal konstruksiyalar istehsalı şirkətləri yer alır

Ticarət-İqtisadi missiyanın keçirilməsi nəticəsində iki ölkə arasında uzunmüddətli işgüzar əlaqələrin qurulması, o cümlədən Qazaxıstan məhsullarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün müqavilələrin imzalanması gözlənilir.

Bu tədbirə maraq göstərən Azərbaycan biznes nümayəndələrini TİM-də iştirak etməyə dəvət edirik. Tədbir "Fairmont Baku" otelində baş tutacaq. Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti